Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyevin Moskvaya rəsmi səfəri planlaşdırılıb. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov məlumat verib.
Nazirin səfərinin məqsədi noyabrın 29-30-da Moskva şəhərində keçirilməsi planlaşdırılan MDB dövlətlərinin müdafiə nazirlərinin toplantısında iştirak etməkdir.
Toplantıda beynəlxalq terrorizmə, transmilli xüsusiyyətli terror fəaliyyətinin artırılması və ekstremizmə qarşı səylərin birləşdirilməsi məqsədilə beynəlxalq sistemin yaradılması ilə bağlı müzakirələr aparılacaq.