...

Ali Məhkəmə Flora Kərimovanın kassasiya şikayətini təmin etməyib

Siyasət Materials 25 Noyabr 2005 17:29 (UTC +04:00)

Noyabrın 25-də Azərbaycan Respublikasının Ali Məhkəməsində hakim Rafiq Məmmədovun sədrliyi ilə deputatlığa namizəd Flora Kərimovanın kassasiya şikayətinə baxılıb. Bu barədə Trend ə vəkil Əsabəli Mustafayev məlumat verib.

Flora Kərimovanın Ali Məhkəməyə müraciət etməsinə səbəb deputatlığa namizədliyini irəli sürdüyü 42 saylı Sumqayıt Seçki Dairəsinin nəticələrinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyyası (MSK) tərəfindən ləğv edilməsi olub. Deputatlığa namizəd hesab edib ki, həmin dairədən yüksək səs toplayıb. MSK-nın qərarından öncə Apellyasiya Məhkəməsinə şikayət verib. Həmin instansiya şikayəti təmin edilmədikdən sonra isə Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib. Lakin Ali Məhkəmə də ilkin instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasına dair qərar çıxarıb.

Vəkil onu da bildirib ki, Ali Məhkəmənin qərarından Avropa Məhkəməsinə müraciət olunacaq.

Xəbər lenti

Xəbər lenti