...

İsa Qəmbərin "Bizim Azərbaycan" blokunun sədrliyindən uzaqlaşdırıması məsələsi müzakirə ediləcək

Siyasət Materials 30 Noyabr 2005 12:51 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku noyabrın 30-da saat 15.00-da keçirəcəyi növbəti iclasında Müsavat Partiyasının sədri İsa Qəmbərin blokun rəhbərliyindən uzaqlaşdırılması məsələsini müzakirəyə çıxaracaq". Bu barədə Trend ə adıçəkilən blokda təmsil olan Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan bildirib.

TMP sədri onu da bildirib ki, gündəliyə bloka sədrliyin növbəli şəkildə həyata keçirilməsi məsələsi də salınıb: "Nəzərdə tutmuşuq ki, blokda təmsil olan hər bir partiya sədr ayda bir dəfə qruma rəhbərlik etsin. Bundan başqa blokun əsasnaməsinə də dəyişikliyin ediləcəyi gözlənilir".

İsa Qəmbərin blokun sədrliyindən uzaqlaşdırılması məsələsinin müzakirəsi zamanı fikir ayrılığının da olacağını istisna etməyən partiya sədri bildirib: "Hər halda biz bu məsələnin həllini tapmalıyıq".

Qeyd edək ki, adıçəkilən blok İsa Qəmbərin təşəbbüsü və rəhbərliyi ilə 2003-cü il prezident seçkiləri öncəsi yaradılıb.

Xəbər lenti

Xəbər lenti