...

Ukrayna prezidentinin Azərbaycana səfəri zamanı imzalanacaq sənədlər paketi üzərində işlər davam edir

Siyasət Materials 30 Noyabr 2005 14:26 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana rəsmi səfəri zamanı imzalanması planlaşdırılan sənədlər paketi üzərində işlər davam edir. Bu barədə Trend ə Azərbaycanın Ukraynadakı səfirliyinin birinci müşaviri Səbuhi Temirov məlumat verib.

Onun sözlərinə görə, söhbət Azərbaycanla Ukrayna arasında ikitərəfli əməkdaşlığın inkişafına dair 5-6 sazişdən gedir. Sənədlərdən biri isə neft-qaz sahəsində əməkdaşlığa dairdir.

Sənədlər yaxın vaxtlarda Bakıda keçiriləcək hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasında razılaşdırılaraq təsdiqlənəcək. İclasın tarixi hələ dəqiqləşdirilməyib", - deyə diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti