...

Tofiq Əhmədov: "Azərbaycan müxalifəti xalqa xəyanət edib"

Siyasət Materials 30 Noyabr 2005 15:11 (UTC +04:00)

"Azərbaycan müxalifəti xalqa növbəti xəyanətini edib". Bu barədə Trend ə müxalifət mövqeyindən çıxış edən Azərbaycan Sosial Demokrat Partiyasının katibi Tofiq Əhmədov müxalifətin noyabrın 26-da "Qələbə" meydanında keçirdiyi mitinq zamanı aksiya iştirakçıları ilə polis arasında baş verən qarşıdurmaya münasibət bildirərək qeyd edib.

T.Əhmədov onu da bildirib ki, ümumiyyətlə, müxalifət keçirdiyi mitinqlərin nəticəsiz olacağını yaxşı bilir: "Ancaq noyabrın 26-da müxalifət liderləri arasında yekdil qərara gəlinməyib oturaq aksiya barədə göstərişin verilməsi və nəticədə insanların döyülməsi xalqa xəyanət kimi qiymətləndirilməlidir".

ASDP katibi onu da vurğulayıb ki, müxalifət liderləri bu hərəkətilə xalqı özündən bir qədər də kənarlaşdırdı.

Xəbər lenti

Xəbər lenti