...

MTN-in istintaq təcridxanasında saxlanılan Akif Məhərrəmov həkim müayinəsindən keçir

Siyasət Materials 30 Noyabr 2005 16:56 (UTC +04:00)

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Səhiyyə Nazirliyinin əczaçılıq və texniki şöbəsinin sabiq müdiri Akif Məhərrəmov hazırda tibbi müayinədən keçirilir. Bu barədə Trend ə A.Məhərrəmovun vəkili Kamandar Nəsibov məlumat verib.

Akif Məhərrəmov diabetli şəkərdən əziyyət çəkir. Tibbi müayinə qrupu onun vəkilinin istintaqa təqdim etdiyi vəsatət əsasında yaradılıb Tibbi müayinə qrupuna cərran, diabetli şəkərlə bağlı mütəxəssislər və nevropotoloq daxildir. Akif Məhərrəmov barəsində həbs qətimkan tədbirinin dəyişdirilib-dəyişdirilməməsi də müayinə qrupunun istintaqa təqdim edəcəyi yekun rəyindən sonra bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti