...

MSK sədri Qazaxıstanda keçiriləcək prezident seçkisinin müşahidəsində iştirak etməyəcək

Siyasət Materials 1 Dekabr 2005 19:50 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 4-də Qazaxıstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün bu ölkəyə getməyəcək. Bu barədə Trend ə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

R.Qasımov bildirib ki, MSK üzvlərindən və Aparatın əməkdaşlarından ibarət nümayəndə heyəti isə seçkilərin müşahidəsini aparmaq üçün dekabrın 2-də Qazaxıstana yola düşəcək. R.Qasımovun sözlərinə görə, Məzahir Pənahovun həmin vaxtlarda Bakıda keçiriləcək əhəmiyyətli tədbirlərdə iştirak etməsi zəruri olduğu üçün onun Qazaxıstana səfəri təxirə salınıb. Rövzət Qasımov özünün də Qazaxıstandakı seçkiləri müşahidə etməyəcəyini deyib.

O, bildirib ki, MSK-nın 6 nəfərdən ibarət nümayəndə heyəti Qazaxıstandan dekabrın 7-də qayıdacaqlar. Onlar bu müddət ərzində əsasən Astana olacaq, paytaxtda seçkiləri müşahidə edəcəklər.

Xəbər lenti

Xəbər lenti