...

"Bizim Azərbaycan" bloku İsa Qəmbəri sədrlikdən uzaqlaşdırıb

Siyasət Materials 5 Dekabr 2005 12:41 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku Müsavat Partiyasının başqanı İsa Qəmbəri sədrlikdən uzaqlaşdırıb". Bu barədə Trend ə adıçəkilən bloka daxil olan Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan bildirib.

Qeyd edək ki, "Bizim Azərbaycan" blokuna daxil olan bir qrup partiya dekabrın 2-də Müsavat Partiyasının qərargahında toplantı keçirərək İsa Qəmbərin liderliyini qəbul edib. Bloka daxil olan 10-na yaxın partiya isə dekabrın 4-də TMP-nin qərargahında iclas keçirərək İsa Qəmbəri blokun sədrliyindən uzaqlaşdırıb.

V.Bəyturan onu da bildirib ki, İsa Qəmbərin ətrafında olan partiyalar "Bizim Azərbaycan" blokunun adından danışa bilməz. Çünki çoxluq onların tərəfindədir: "Blokdan bir neçə partiya İsa Qəmbəri dəstəkləyir. 11 partiya isə bizim tərəfimizdədir". TMP sədri onu da vurğulayıb ki, bloka sədrliyin rotasiya üsulu ilə həyata keçiriləcəyi barədə qərar qəbul ediblər: "Dekabrda Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev, yanvarda isə mən bloka sədrlik edəcəm".

TMP sədri onu da qeyd edib ki, bloka daxil olan 11 partiya birgə əməkdaşlıqla bağlı memorandum imzalayıb.

Xəbər lenti

Xəbər lenti