...

Maurisio Pavessi: Azərbaycanda daxili siyasi dialoqu davam etdirmək üçün siyasi iradənin mövcudluğu zəruridir

Siyasət Materials 6 Dekabr 2005 15:54 (UTC +04:00)
Maurisio Pavessi: Azərbaycanda daxili siyasi dialoqu davam etdirmək üçün siyasi iradənin mövcudluğu zəruridir

Mən artıq bundan əvvəd hökumət və müxalifəti 20 dəfədən artıq danışıqlar masası arxasına əhləşməyə çağırmışam. Mənim iştirakımla və ya iştirakım olmadan tərəflər ciddi dialoqu davam etdirə bilərlər. Lakin bunun həyata keçirilməsi üçün siyasi iradənin olması, eləcə də dialoqların keçiriləcəyi məsələlərin müəyyən edilməsi də vacibdir. Trend in məlumatına görə, bu barədə dekabrın 6-da ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi jurnalistlərə bildirib.

O bildirib ki, Azərbaycanda parlamentğ seçkiləri üzrə ATƏT-in DTİHB-nun yekun sənədi 2006-cı il yanvarın əvvəllərində hazır olacaq. "Müşahidə missiyasının rəhbəri, səfir Gir Arens məlumat verib ki, bu məruzə yaxın dörd həftə ərzində hazır olacaq", -deyə ATƏT ofisinin rəhbəri bildirib.

Noyabrın 26-dakı hadisələrə toxunan diplomat qeyd edib ki, onun mövqeyi noyabrın 27-də ATƏT ofisinin açıqladığı bəyanatda aydın şəkildə bildirilib.

"Mənim mövqeyim həmin bəyanatda açıq şəkildə təqdim olunub", -deyə M. Pavessi bildirib və Azərbaycanda seçkilərlə bağlı ATƏT-in mövqeyi müşahidə missiyasının yekun məruzəsində açıq şəkildə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti