...

"EGS Rossii" RSC 2006-cı ildən bütün xarici tərəfdaşları üçün elektrik enerjisinin qiymətini artıracaq

Siyasət Materials 7 Dekabr 2005 16:31 (UTC +04:00)
"EGS Rossii" RSC 2006-cı ildən bütün xarici tərəfdaşları üçün elektrik enerjisinin qiymətini artıracaq

Rusiyanın tariflər üzrə federal xidməti 2006-cı ildə elektrik enerjisinin ixrac dəyərini artıracaq ki, bu da "EGS Rossii" RSC-nin Azərenerji SC üçün müvafiq qiyməti artırmasına səbəb olacaq. Bu barədə Trend ə RSC-dən məlumat verilib.

"Hazırda elektrik enerjisinin ixrac tarifləri TFX tərəfindən müəyyən edilməyib. Lakin məlumdur ki, 2006-cı ildə elektrik enerjisinin qiyməti bütün xarici tərəfdaşlarımız üçün artırılacaq", - deyə RSC-də bildirilib.

Hazırda Azərenerji Rusiyadan dəyəri 2,99 sentə saatda 1 KVt enerji alır. Bəzi məlumatlara görə, RSC 2006-cı il yanvarın 1-dən bu rəqəmi 3,99 sentə qədər artıracaq. Azərenerji SC ilə "EGS Rossii" RSC arasında bağlanmış müqavilənin müddəti dekabrın 31-də başa çatır.

RSC nümayəndəsinin sözlərinə görə, hazırda tərəflərin müqavilənin vaxtını uzatmaq üçün görüş tarixi hələlik müəyyən edilməyib.

Hər ay Azərbaycan Rusiyadan saatda 70-75 mln KVt elektrik enerjisi alır.

Xəbər lenti

Xəbər lenti