...

Zurab Qumberidze: "Tiflis Gürcüstanın Azərbaycan icmasının sosial-iqtisadi səviyyəsinin artırılması proqramına baxmağa hazırdır"

Siyasət Materials 9 Dekabr 2005 12:03 (UTC +04:00)

"Gürcüstanın Azərbaycan icmasının sosial-iqtisadi səviyyəsinin artırılması ilə bağlı Azərbaycan tərəfinin hazırladığı proqramın layihəsi rəsmi qaydada Tiflisə təqdim olunmayıb. Lakin biz bu sənədə baxmağa hazırıq". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze bildirib.

"Düşünürəm ki, sənəddə yaxşı ideyalar öz əksini tapıb və biz proqram layihəsini diqqətlə öyrənəcəyik", - deyə diplomat qeyd edib. Bu proqram xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanır.

Rusiyadan Gürcüstana ixrac olunan qazın qiymətinin artmasına gəldikdə, səfir bildirib ki, Tiflis Şahdəniz layihəsinin tezliklə həyata keçiriləcəyinə və Azərbaycanın Gürcüstana "mavi yanacaq" tədarükünün başlanacağına ümid edir.

Z. Qumberidze, həmçinin, Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilinin Bakıya səfəri məsələsinə də aydınlıq gətirib. "Biz G.Bujuaşvilinin ilin sonuna kimi baş tutacaq səfəri üzrə materialları hazırlayırıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti