Dekabrın 12-13-də Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzrə Baş Direktorluğu Bakıda polis əməkdaşları üçün təlim tədbiri keçirəcək. Bu barədə Trend ə AŞ-nın Bakıdakı informasiya ofisindən məlumat verilib.
Tədbir "Polis və insan hüquqları" layihəsinin tərkib hissəsidir və Norveç hökumətinin polis təlimi məsələləri üzrə Avropa Şurasına göstərdiyi dəstəyi nəticəsində həyata keçirilir.
Tədbir 24-25 oktyabr 2005-ci il tarixdə Bakıda keçirilmiş təlim seminarlarında, 24-30 sentyabr 2005-ci il tarixdə Almaniyada, 15-22 oktyabr 2005-ci il tarixdə isə İspaniyada keçirilmiş "Sərbəst toplaşma azadlığı" adlı təlim səfərlərində iştirak etmiş 30-a yaxın polis əməkdaşı üçün təlim seminarıdır.