2010-cu ilə qədər Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının nəzdində sülhməramlı tabor yaradılacaq. Bu barədə Trend ə Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Bəxtiyar Abdullayev məlumat verib.
B.Abdullayev bildirib ki, bu məsələ çoxdan gündəmdədir. Yaxın vaxtlarda sülhməramlı bölüyün yaradılması istiqamətində hazırlıq işlərinə başlanacaq. Bölük NATO-nun sülhyaratma əməliyyatlarında polis dəstəyini həyata keçirən hərbi qurumlarla birgə iştirak edəcək.
Bölük NATO standartlarına uyğun formada yaradılacaq. Bölüyün yaradılması prosesinin 2008-ci ilə qədər davam edəcəyini bildirən B.Abdullayev onu da qeyd edib ki, sonra bölüyün nəzdində sülhməramlı tabor yaradılacaq. Bu prosesin isə 2010-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.