...

Elman Araslı: İslam Konfransı Təşkilatı ölkələri Azərbaycanın işğal olunmuş ərazilərinin yubanmadan və danışıqsız azad edilməsini tələb edirlər

Siyasət Materials 9 Dekabr 2005 20:21 (UTC +04:00)
Elman Araslı: İslam Konfransı Təşkilatı ölkələri Azərbaycanın işğal olunmuş ərazilərinin yubanmadan və danışıqsız azad edilməsini tələb edirlər

İslam Konfransı Təşkilatı ölkələri Ermənistanın sislahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və danışıqsız çıxarılmasını tələb edir. Bu barədə Trend ə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı ekskluziv məlumat verib.

Onun sözlərinə görə, İKT yekun bəyanatında Ermənistanın Azərbaycan ərazilərini işğalına mənfi qiymət ifadə olunub.

Diplomat xüsusilə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin İKT-nın sammitində iştirakı Bakı ilə İKT-nını əməkdaşlığının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir E.Araslının sözlərinə görə, sammitin nəticələri üzrə iki mühüm sənəd imzalanıb: İKT 10 illik proqramı və islam dövlətlərinin həmrəyliyə səsləyən xüsusi bəyannamə.

Diplomat xatırladıb ki, İKT sammiti çərçivəsində Azərbaycan prezidenti İranın, Əfqanıstanın, Pakistanın, Bruney sultanının rəhbərləri, İKT-nın baş katibi, Malayziyanın baş naziri ilə görüşlər keçirib və görüşlər zamanı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb.

Sonda Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri bildirib ki, İKT-nın XİN başçılarının birinci görüşü 2006-cı ilin iyununda Bakıda keçiriləcək. "Bu hadisə Azərbaycanın imicinə təkcə islam dünyasında deyil, bütün dünya birliyində müsbət təsir göstərəcək", deyə səfir bildirib. Onun sözlərinə görə, artıq qarşıdakı

Görüşlə bağlı Azərbaycanın XİN-də hazırlıq işlərinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti