...

Təkrar parlament seçkilərində beynəlxalq müşahidəçilər Xarici İşlər Nazirliyi tərəfindən dəvət olunacaq

Siyasət Materials 14 Dekabr 2005 13:26 (UTC +04:00)

13 mayda keçiriləcək təkrar parlament seçkilərini izləmək üçün xarici müşahidəçilər Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tərəfindən dəvət olunacaqlar. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

O, bildirib ki, Xarici İşlər Nazirliyi ilə bərabər MSK da xarici müşahidəçiləri dəvət edə bilər. R.Qasımovun sözlərinə görə, bu məsələ MSK-da dekabrın 15-də müzakirə ediləcək, komissiyanın müşahidəçilər çağırıb- çağırmaması aydınlaşacaq.

MSK rəsmisi deyib ki, 10 dairə üzrə keçiriləcək təkrar seçkidə müşahidəçilik institutu əvvəlki seçkidə olduğu kimi fəaliyyət göstərəcək. Yerli və xarici müşahidəçilər əvvəlcə qeydiyyatdan keçəcək, seçki günü müşahidə aparacaqlar. Hələlik isə hansı beynəlxalq təşkilatların və xarici dövlətlərin müşahidəçilərinin dəvət olunacağı ilə bağlı XİN-dən MSK-ya heç bir məlumat daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti