...

Nizami Bəhmənov vasitəçilərin nikbitnliyini bölüşür

Siyasət Materials 16 Dekabr 2005 13:32 (UTC +04:00)

ATƏT -in Minsk Qrupunun həmsədrləri 2006-cı ildə Ermənistan- Azərbaycan münaqişəsinin həllinə nail olacaqları ilə bağlı nikbin əhval-ruhiyyədədirlər. Trend in məlumatına görə, bu barədə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov dekabrın 16-da ATƏT-in MQ-nun həmsədrləri ilə keçirilən məsləhətləşmələri şərh edərkən məlumat verib.

O qeyd edib ki, vasitəçilərin nikbinliiyni bölüşür. N.Bəhmənov bildirib ki, MQ həmsədrləri ilə birlikdə regiona yüksək səviyyədə planlaşdırma qrupunun nümayəndələri də gəliblər. Onun sözlərinə görə, missiya artıq Ermənistanda olub, Dağlıq Qarabağda isə yanvar ayında olacaqlar. Missiyanın məqsədi münaqişənin nizamlanmasına nail olunduqdan sonra zonada sülhyaratma qüvvələrinin regionda yerləşdirilməsinin perspektivləri ilə tanış olmaqdır.

N.Bəhmənov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə hazırda mərhələli variant nöqteyi-nəzərindən baxılır ki, bu da üç mərhələdən ibarətdir: işğal olunmuş ərazilərin azad olunması, məcburi köçkünlərin qayıtması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi.

N.Bəhmənov həmçinin, qeyd edib ki, danışıqların gedişində həmsədrlər Azərbaycan hökumətinin münaqişənin hərb yolu ilə həlli istiqamətində etdikləri bəyanatlarla bağlı narahatlıqlarını ifadə ediblər. N.Bəhmənov Azərbaycanın bu hüququ özündə saxladığını, lakin sülh nizamlanmasına tərəfdar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti