...

Turan Əliyev BDU-ya bərpa oluna bilməz

Siyasət Materials 16 Dekabr 2005 14:12 (UTC +04:00)

"Bakı Dövlət Universitetindən (BDU) xaric edilən tələbə Turan Əliyev yenidən universitetə bərpa oluna bilməz". Bu barədə Trend ə BDU-nun mətbuat xidmətinin rəhbəri Qafar Çaxmaqlı bildirib.

Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının fəal gənclərindən olan T.Əliyev noyabrın 25-də təhsil aldığı BDU-dan xaric edilib. Müxalifətçilər bu hadisəni siyasi motivlə əlaqələndiriblər. T.Əliyevin universitetə bərpası ilə bağlı iki gündür ki, AXCP-nin Gənclər Təşkilatının bir neçə üzvü "Yeni Fikir" Gənclər hərəkatının ofisində aclıq aksiyası keçirirlər.

Q.Çaxmaqlı onu da bildirib ki, hər il dərs davamiyyətini və nizam-intizamı pozduğuna görə onlarla tələb universitetdən xaric edilir: "2004-cü ildə 84, 2005-ci ildə isə 70-ə yaxın tələbə bu səbəblərdən BDU-dan xaric edilib. Turan Əliyev də bu sıradadır. Onun universitetdən xaric edilməsində heç bir siyasi motiv yoxdur".

BDU-nun rəsmisi onu da qeyd edib ki, T.Əliyev Yeni Azərbaycan Partiyasının üzvü olub. Bir müddət isə partiyanın orqanı olan "Yeni Azərbaycan" qəzetində müxbir işləyib: "Belə çıxır ki, YAP onun universitetə bərpası üçün rəhbərliyə təzyiqlər göstərməlidir?".

Q.Çaxmaqlı qeyd edib ki, müxalifət tərəfindən bu məsələ ilə bağlı ajiotaj yaranmasına baxmayaraq T.Əliyev BDU-ya qətiyyən bərpa edilə bilməz: "Qaydaya görə xaric edilən tələbə bir il müddətində istehsalatda özünü doğruldub, müsbət xasiyyətnamə ilə bərpası üçün universitetə müraciət etməlidir. Təzyiqlər vasitəsilə heç bir qüvvə rektorun imzaladığı əmri ləğv edə bilməz".

Xəbər lenti

Xəbər lenti