...

Azərbaycan neft bazarı: həftənin yekunları

Siyasət Materials 19 Dekabr 2005 12:48 (UTC +04:00)
Azərbaycan neft bazarı: həftənin yekunları

Ötən həftə (dekabrın 12-16-da) Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOIO) növündən olan neftin bir bareli $53,05 təşkil edib ki, bu da bundan qabaqkı həftədəki (5-9 dekabr) olan orta qiymətdən bir barel üçün $1,92 çoxdur.

Trend in məlumatına görə, ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $53,92 (15 dekabr) təşkil edib ki, bu da bundan qabaqkı həftə üçün dekabrın 9-da təyin edilmiş qiymətdən $1,87 çoxdur.

Ötən həftə URAL neftinin bir barelinin minimal qiyməti $51,57 (16 dekabr) təşkil edib ki, bu da bu sortddan olan neft üçün dekabrın 7-də müəyyən edilmiş bundan qabaqkı həftədəki minimal qiymətdən $1,16 çoxdur.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $59,12 təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $2,94 çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti $60,04 (dekabrın 15-də) təşkil edib ki, bu da bundan əvvəlki həftədə bu sort üçün müəyyən edilən son hədd qiymətdən $2,67 çoxdur. Ötən həftə Brent neftinin bir barelinin minimal qiyməti $58,04 (dekabrın 16da) təşkil edib ki, bu da bundan qabaqkı həftə bu sort üçün dekabrın 9-da müəyyən edilmiş qiymətdən $2,59 çoxdur.

Ötən həftə URAL (EX-NOIO) neftinin bir bareli orta hesabla Brent -ə nisbətən bir bareli $6,07 ucuz satılıb ki, bu da dekabrın 5-9-da orta göstəricisindən $1,02 azdır.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti