...

Araz Əzimov: ATƏT-in yüksək planlaşdırma qrupunun Azərbaycana səfəri danışıqlar prosesindəki müəyyən fəallaşma ilə bağlıdır

Siyasət Materials 19 Dekabr 2005 17:58 (UTC +04:00)
Araz Əzimov: ATƏT-in yüksək planlaşdırma qrupunun Azərbaycana səfəri danışıqlar prosesindəki müəyyən fəallaşma ilə bağlıdır

ATƏT rəhbərliyi Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı olan təşkilati məsələlərin danışıqlar prosesindən geri qalmamasında maraqlıdır. Bununla əlaqədar olaraq ATƏT-in tərkibində 9 zabit olan yüksək planlaşdırma qrupu Azərbaycana göndərilib. Trend bildirir ki, dekabrın 19-da Bakıda keçirilən brifinqdə AR XİN başçısının müavini Araz Əzimov bu barədə bəyan edib.

O, xatırladıb ki, ATƏT-in yüksək planlaşdırma qrupu ATƏT-in Budapeşt sammitinin qərarlarının yekunlarına əsasən yaradılıb və qrupun əsas məqsədi Ermənistan-Azərbaycan münaqişə zonasında sülhməramlı qüvvələrin mümkün yerləşdirilməsi ilə bağlı texniki və təşkilati məsələlərin həllidir. "Bu, son 8 il ərzində nümayəndə qrupunun Azərbaycana ilk səfəridir və düşünürəm ki, zabitlərin gəlişi danışıqlar prosesindəki müəyyən fəallaşma ilə bağlıdır"-deyə AR XİN başçısının müavini qeyd edib və bildirib ki, son günlərdə tərkibi zərurətə əsasən arta biləcək qrupun üzvləri atəşkəs zonasında vəziyyətlə tanış olub.

Araz Əzimov ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun yüksək planlaşdırma qrupunun "müəyyən nikbin nəticələr" üçün əsas verməsi ilə bağlı öncə bəyan etdiyi mövqe ilə razılaşdığını bildirib.

Xəbər lenti

Xəbər lenti