...

Azərbaycan prezidenti Naxçıvanda bir sıra obyektlərin açılışında iştirak edib

Siyasət Materials 19 Dekabr 2005 20:28 (UTC +04:00)
Azərbaycan prezidenti Naxçıvanda bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 19-da, günün ikinci yarısında Naxçıvan Muxtar Respublikasında (NMR) keçirilən bir sıra tədbirlərdə iştirak edib. Trend in Naxçıvanda olan müxbiri bildirir ki, dövlət başçısı günün ikinci yarısında Diaqnostika mərkəzinin tikintisinin başlanılması ilə bağlı keçirilən mərasimdə iştirak edib, Heydər Əliyev adına Naxçıvan hərbi litseyində olub, orada zabit və kursantlar qarşısında çıxış edib.

Prezident həmçinin Gənclik mərkəzi və yerli kitabxananın bazasında yaradılan Kitab evinin açılış mərasimində iştirak edib. Sonra dövlət başçısı Heydər Əliyevin büstü önünə çiçək qoyub və H.Əliyev adına su ambarında olub.

Axşam İ.Əliyev NMR Ali Məclisinin binasında hökumət üzvləri və deputatların iştirakı ilə müşavirə keçirib.

Xəbər lenti

Xəbər lenti