Trend müxbirinin xəbər verdiyi kimi, Gürcüstanın energetika naziri Nika Gilauri və xarici işlər naziri Gela Bejuaşvili dekabrın 22-də Bakıya gəlib.
Energetika naziri Bakıda İran və Qazaxıstan qazının Azərbaycan ərazisindən Gürcüstana nəqli perspektivlərini müzakirə edəcək.
Xarici işlər naziri isə Gürcüstan və Azərbaycan arasında ikitərəfli əlaqələr və regionda vəziyyət üzrə danışıqlar aparacaq.