...

Dmitri Medvedyev: "Rusiyada Azərbaycan İli ölkələrimiz arasında münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıb"

Siyasət Materials 27 Dekabr 2005 11:34 (UTC +04:00)
Dmitri Medvedyev: "Rusiyada Azərbaycan İli ölkələrimiz arasında münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıb"

Dekabrın 26-da Moskvada Böyük teatrın səhnəsində Rusiyada Azərbaycan İlinin təntənəli bağlanış mərasimi keçirilib. Trend in "1-ci" telekanala istinadən xəbər verdiyi kimi, mərasimdə Rusiyanın baş nazirinin müavini Dmitri Medvedyev də iştirak edib. Onun sözlərinə görə, bu il ərzində keçirilmiş tədbirlər hər iki ölkə arasında münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

"Müxtəlif festivallar, premyeralar və sərgilər Rusiya xalqına Azərbaycan xalqının həyatı barədə öyrənməyə imkan verib. İqtisadiyyata gədikdə, son il ərzində Rusiya və Azərbaycan arasında mal dövriyyəsi 1 mlrd dolları keçib. Azərbaycanda Rusiya İli isə 2004-cü il fevralın 16-da olduğu kimi hər iki ölkənin prezidentləri tərəfindən açılacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti