...

Azərbaycan prezidenti 2006-2010-cu illərdə dövlət sərhədinin Mühafizə sisteminin texniki inkişafı üzrə Dövlət proqramını təsdiq edib

Siyasət Materials 28 Dekabr 2005 12:25 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev 2006-2010-cu illərdə dövlət sərhədinin Mühafizə sisteminin texniki inkişafı üzrə Dövlət proqramını təsdiq edib.

Azərbaycanın dövlət başçısının sərəncamına əsasən, dövlətin milli maraqlarının təmin edilməsi, dövlət sərhədinin müdafiəsi, ölkənin iqtisadi təhlükəsizliyinin yüksək səviyyəli mühafizəsi və qanuna zidd fəaliyyətin qarşısının alınması məqsədilə 2006-2010-cu illərdə dövlət sərhədinin Mühafizə sisteminin texniki inkişafı üzrə dövlət proqramı təsdiq edilir.

Nazirlər Kabinetinə bu dövlət proqramının bəndləri nəzərə alınmaqla Dövlət sərhəd Xidməti İdarəsinin maddi-texniki təminatı normalarının təsdiq edilməsi, eləcə də sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılıb.

Maliyyə Nazirliyinə həmin sərəncamdan irəli gələn maliyyələşdirmə məsələlərinin həlli, Dövlət sərhəd Xidmətinə isə təsdiq edilmiş dövlət proqramının həyata keçirilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti