...

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidentinin dəfn mərasimində Azərbaycanı Elmar Məmmədyarov təmsil edib

Siyasət Materials 5 Yanvar 2006 18:38 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidentinin və baş nazirinin, Dubay Əmirliyinin əmiri şeyx Məktum bin Rəşid əl-Məktumun dəfn mərasimində Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi hökumət nümayəndə hkeyəti təmsil edib.

Bu barədə Trend ə Azərbaycanın XİN-nin mətbuat mərkəzindən məlumat verilib.

E.Məmmədyarov BƏƏ-nin şeyxi Xəlifə bin Zaid əl- Nəhyana və yeni təyin edilmiş Dubay əmiri şeyx Məhəmməd bin Rəşid əl- Məktuma Azərbaycan prezidenti İlham Əliyev adından başsağlığı məktubu təqdim edib.

BƏƏ-də olduğu müddətdə Azərbaycanın xarici işlər naziri Əmirliyin rəhbərliyindəki bir sıra şəxslərlə görüşüb və həmin görüşlərdə ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti