...

Müsavat Partiyasının Nəzarət Təftiş Komissiyası Aynur Quliyevanın şikayətini araşdıracaq

Siyasət Materials 9 Yanvar 2006 19:00 (UTC +04:00)

Müsavat Partiyasının yanvarın 9-da keçirilən Divan iclasında partiyanın keçmiş üzvü, millət vəkili Aynur Quliyeva ilə bağlı yaranmış problem müzakirə olunub. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.

Qeyd edək ki, Aynur Quliyeva son parlament seçkisində Müsavat Partiyasının təmsil olunduğu "Azadlıq" blokunun siyahısından kənar müstəqil şəkildə iştirak etdiyi üçün partiyadan kənarlaşdırılıb. Aynur Quliyeva bu qərarın qanunsuz olduğunu əsas gətirərək partiya sıralarına bərpa olunması ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət edib.

Divan iclasında bu məsələ müzakirəyə çıxarılıb. A.Quliyevanın özünün iştirakı ilə keçən həmin iclasda müzakirələrdən sonra qərara alınıb ki, Divan problemin hərtərəfli araşdırılması Mərkəzi Nəzarət Təftiş Komissiyasına tapşırılsın. Bununla əlaqədar MNTK-ya müvafiq tövsiyələr verilib.

Xəbər lenti

Xəbər lenti