...

Qazaxıstanın baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 11 Yanvar 2006 19:05 (UTC +04:00)
Qazaxıstanın baş naziri Azərbaycana səfər edəcək

Qazaxıstanın baş naziri Danial Axmetov Azərbaycana rəsmi səfərə dəvət olunub. Qazaxıstanın Azərbaycandakı Müvəqqəti İşlər Müvəkkili İlham Zamanovun Trend ə verdiyi eksklyuziv məlumata görə, Qazaxıstan hökumətinin başçısına dəvətnaməni Azərbaycanın baş naziri Artur Rasizadə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin inauqurasiyası çərçivəsində keçirilən mərasim zamanı təqdim edib.

Diplomatın sözlərinə görə, bu, Qazaxıstanın baş nazirinin Azərbaycana ilk səfəri olacaq. Səfərə hazırlıq məsələləri diplomatik kanallar vasitəsilə nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti