...

Mübariz Qurbanlı: "YAP istənilən partiya ilə dialoqa hazırdır"

Siyasət Materials 14 Yanvar 2006 11:41 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyası (YAP) istənilən siyasi partiya ilə dialoq aparmağa hazırdır". Bu barədə Trend ə YAP icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı onu da bildirib ki, hakim partiyanın dəfələrlə dialoq təklifi müxalifət tərəfindən qəbul edilməyib: "Bu da onu göstərir ki, müxalifət YAP-la dialoqa hazır deyil". YAP rəsmisi vurğulayıb ki, hakim partiya istənilən məsələ ilə bağlı istənilən partiya ilə dialoq apara bilər. Müxalifətin dialoqdan çəkinməsinə aydınlıq gətirən M.Qurbanlı bunu onların səhv mövqedən çıxış etməsi kimi qiymətləndirib: "Bu da onu göstərir ki, Azərbaycanda ədalətli mövqedən çıxış edən müxalifət yoxdur".

Xəbər lenti

Xəbər lenti