...

Müasir Müsavat Partiyasının sədri Polşa səfiri ilə görüşüb

Siyasət Materials 17 Yanvar 2006 17:24 (UTC +04:00)

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Polşanın Azərbaycandakı səfiri Kristof Krayevski ilə səfirliyin iqamətgahında görüşüb. Bu barədə Trend ə MMP sədrinin ideoloji işlər üzrə müavini Təranə Ramazanova bildirib.

T.Ramazanova görüşdə sədrlə səfir arasında 2005-ci il 6 noyabr parlament seçkiləri və seçkidən sonra ölkədəki ictimai-siyasi vəziyyətin müzakirə olunduğunu bildirib. Səfir MMP-nin fəaliyyətindən razılıq etdiyini partiya sədrinin diqqətinə çatdırıb. Əldə olunan razılaşmaya əsasən Polşa səfirliyi ilə adıçəkilən partiya arasında əməkdaşlıq daha da genişləndiriləcək.

MMP səlahiyyətlisi onu da vurğulayıb ki, görüş zamanı Azərbaycanda aparılan iqtisadi inkişaf da müzakirə obyekti olub.

Xəbər lenti

Xəbər lenti