...

ABŞ-ın Avropa komandanlığının komandan müavini Azərbaycana gəlib

Siyasət Materials 18 Yanvar 2006 14:38 (UTC +04:00)
ABŞ-ın Avropa komandanlığının komandan müavini Azərbaycana gəlib

Yanvarın 18-də ABŞ-ın Avropa komandanlığının komandan müavini general Çarlz (Çak) Vold ikigünlük səfərlə Azərbaycana gəlib. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfər çərçivəsində Ç.Vold Azərbaycanın Müdafiə nazirliyində danışıqlar aparacaq.

Bu gün general Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) baş çəkəcək və agentliyin direktoru Nazim İsmayılovla görüşəcək. Azərbaycan ərazilərinin minalardan və döyüş sursatlarından təmizlənməsi layihələrinin həyata keçirilməsi məqsədilə ABŞ tərəfindən humanitar dəstəyin göstərilməsi görüşün əsas mövzusu olacaq.

Qeyd edək ki, general dünyanın 91 ölkəsində, xüsusilə Avropa, Afrika və Yaxın Şərqdə yerləşən ABŞ silahlı qüvvələrinə görə məsuliyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti