...

Azərbaycanın xarici işlər naziri Strassburqda səfərdədir

Siyasət Materials 20 Yanvar 2006 12:47 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strassburqa iki günlük səfərə gedib. Bu barədə Trend ə XİN İnformasiya və mətbuat İdarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, yanvarın 20-də, səfərin birinci günü nazirin Avropa Şurasının (AŞ) baş katibi Terri Devislə və AŞPA-nın katibliyinin siyasi direktoru Matias Sorinasla görüşü olacaq. Yanvarın 21-də AŞPA-nın katibi Rene Van der Linden və AŞPA-nın baş katibi Bruno Hallerlə görüş planlaşdıoılıb.

T.Tağızadə onu da əlavə edib ki, görüşlərdə Avropa Şurası ilə əlaqələrin inkişafı, qarşılıqlı fəaliyyətin genişləndirilməsi, regiondakı vəziyyət və s. məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti