...

Azərbaycanın xarici işlər naziri ATƏT sədri ilə görüşüb

Siyasət Materials 25 Yanvar 2006 20:40 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 25-də ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın xarici işlər naziri Karel De Quxtu qəbul edib. Azərbaycan XİN-nin məlumatına istinadən Trend xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş, beynəlxalq vasitəçiliklə aparılan danışıqların inkişafı haqqında fikir mübadiləsi aparıblar.

ATƏT-in sədri Cənubi Qafqaz regionuna gələcəkdə bir daha səfər etmək niyyətində olduğunu bildirib. Karel De Quxtun xahişi ilə E.Məmmədyarov yanvarın 18-19-da Ermənistanın xarici işlər naziri V.Oskanyanla Londonda keçirdiyi görüş barəsində ona məlumat verib. E.Məmmədyarov qonağın nəzərinə Azərbaycan tərəfinin mövqeyini çatdırıb, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışdıqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti