...

Yanvarın 27-də Azərbaycan ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

Siyasət Materials 27 Yanvar 2006 21:21 (UTC +04:00)

Ədliyyə Nazirliyində yanvarın 27-də keçirilmiş Kollegiya iclasında ölkə prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi ilə bağlı 19 yanvar 2006-cı il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Trend bildirir ki, tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə ədalət məhkəməsinin səmərəliliyinin artırılması və məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirildiyini qeyd edib.

Dövlət başçısının fərmanı ilə məhkəmələrin fəaliyyətini n təkmilləşdirilməsi, məhkəmə aparatları strukturunun və işinin yaxşılaşdırılması, hüquqşünasların hazırlığının yüksəldilməsi məqsədilə Ali Ədliyyə Məktəbinin yaradılması, məhkəmələrdə əmək və icra intizamının möhkəmləndirilməsi, hakimlərin fəaliyyətində yol verilən qanun pozuntularına və digər neqativ hallara qarşı ciddi tədbirlərin görülməsi iapşırılmış və digər vəzifələr qoyulmuşdur.

Yuxarıda sadalananvəzifələrlə bağlı olaraq ədliyyə Nazirliyi bir sıra addımlar atıb. Xüsusilə Məhkəmə-hüquq Şurası tərəfindən ümumilikdə 24 hakim barəsində inzibati tədbirlər görülmüş və Nizami rayon məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Xəbər lenti

Xəbər lenti