...

"Sosintern"in toplantısı başlayıb

Siyasət Materials 30 Yanvar 2006 16:22 (UTC +04:00)

Yanvarın 30-u günün ikinci yarısından sonra Afinada Sosialist İnternasional ("Sosintern") beynəlxalq təşkilatın növbəti toplantısı keçiriləcək. Trend xəbər verir ki, toplantıda adıçəkilən təşkilata yeni sədrin seçilməsi məsələsi müzakirə ediləcək.

Toplantıya adıçəkilən təşkilata üzv olan Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədrləri Araz Əlizadə, Ayaz Mütəllibov və Qadınlar Komitəsinin sədri Rəna Cavadova qatılıb. Tədbir yanvarın 31-də başa çatacaq. A.Əlizadə ilə R.Cavadova fevralın əvvəllərində Azərbaycana, A.Mütəllibov isə Moskvaya qayıdacaq.

Xəbər lenti

Xəbər lenti