...

Fransanın yeni səfiri Azərbaycana martda gələcək

Siyasət Materials 31 Yanvar 2006 12:39 (UTC +04:00)

Fransa artıq özünün Azərbaycandakı yeni səfirini təyin edib və o, Bakıya martda gələcək. Bu barədə Trend ə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Yeni səfirin adı Fransanın indiki səfiri Rolan Blatman ölkəni tərk etdikdən sonra açıqlanacaq.

Səfirlikdən verilən məlumata görə, R.Blatman təqaüdə çıxması ilə əlaqədar Azərbaycandakı diplomatik missiyasını başa vurur. O, Azərbaycanda fəaliyyətə 2004-cü ilin iyunundan başlayıb və fevralın 7-də ölkəni tərk edəcək. Hazırda səfir ölkənin rəsmi şəxsləri ilə son görüşlərini keçirir.

Xəbər lenti

Xəbər lenti