...

Səudiyyə Ərəbistanının səfiri ANAMA-ya 50 min dollarlıq çek verib

Siyasət Materials 1 Fevral 2006 13:12 (UTC +04:00)
Səudiyyə Ərəbistanının səfiri ANAMA-ya 50 min dollarlıq çek verib

Səudiyyə Ərəbistanı hökuməti Azərbaycanın Tərtər və Ağstafa rayonlarının ərazisindəki mina və partlamamış döyüş sursatlarının yaxınlığındakı ərazilərdə olan evlərin təmizlənməsi layihəsinin reallaşdırılması üçün $50 min vəsait ayırıb. Trend in məlumatına görə, fevralın 1 -də Azərbaycan ərazilərinin minalardan təmizlənməsi Milli Agentliyinin (ANAMA) ofisində həmin vəsaitin Agentliyə verilməsi mərasimi keçirilib.

Bu, Səudiyə Ərəbistanı hökuməti ilə ANAMA -nın əməkdaşlığının birinci mərhələsidir. Bu barədə ANAMA-nın direktoru Nazim İsmayılov məlumat verilib. Onun sözlərinə görə, böyük əraziləri əhatə edən minalarla bağlı problemin aspektlərindən biri aralarında yaşayış evlərinin də olduğu böyük miqdarda binaların və obyektlərin olmasıdır.

Hlazırda ANAMA -ya belə faktlar üzrə 24 müraciət daxil olub. Səudiyyə Ərəbistanı hökumətinin yardımı bu mina və döyüş sursatının zərərsizləşdirilməsinə yönəlib.

Agentliyin rəhbərinin sözlərinə görə, hazırki mərhələdə Azərbaycan hökuməti üçün partlamamış mina və döyüş sursatları birinci növbədə problem yaradır. O bildirib ki, bu problemin həllində Azərbaycana donor ölkələrin yardımı zəruridir. O, Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri Əli Həsən Cgəfərə onun Azərbaycan hökumətinə yardım göstərmək təşəbbüsünə görə təşəkkürünü bildirib.

Səudiyyə Ərəbistanın səfiri bildirib ki, onun ölkəsi çirklənmiş ərazilərin minalardan təmizlənməsiproblemində əsas donorlardan biridir və son illər ərzində Balkanlarda, Livanda, İrakda və digər ölkələrdə aktiv fəaliyyət göstərib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı hökuməti gələcəkdə də Azərbaycan üçün də fəal donor olmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti