...

Babək rayonunun Mineral sular zavodunun işi bərpa edilib

Siyasət Materials 6 Fevral 2006 17:01 (UTC +04:00)

Yeraltı təbii sərvətlərdən səmərəli istifadə etmək məqsədilə, Babək rayonunun Sirab kəndində fəaliyyət göstərən Mineral sular zavodunun işi bərpa edilib. Zavod əsaslı təmir edilib, yenidən qurulub, istehsal gücü artırılıb. Təkcə keçən il zavodda 405,9 min manatlıq məhsul istehsal edilib.

Ötən ildə "Sirab" açıq tipli səhmdar cəmiyyəti müəssisəsində uzunluğu 30, hündürlüyü 5, eni 24 metr olan yeni bir sex əsaslı təmir edilib. Müasir texnologiyaların tətbiqi ilə sexdə istehsal gücü saatda 5 minədək şərti bütülka olan axın xətti quraşdırılıb. Hazırda zavodda 120 nəfərdən çox adam işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti