...

Azərbaycanın Milli Məclisinin nümayəndə heyəti Tbilisidə rəsmi görüşlər keçirir

Siyasət Materials 6 Fevral 2006 18:22 (UTC +04:00)

Azərbaycanın Milli Məclisinin vitse-spikeri Ziyarət Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Tbilisi də rəsmi görüşlər keçirir. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Poluxovun sözlərinə görə, Azərbaycan parlamentariləri beynəlxalq konfransda iştirak çərçivəsində Gürcüstan parlamentinin sədri Nino Burcanaddze, parlamentin birinci vitse-spikeri Cemal İnaişvili, Gürcüstanın xarici işlər nazirinin I müavini Valeri Çiçinaşvili itlə görüşüblər. Görüşün gedişində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Enyi zamanda, Azərbaycanın nümayəndə heyəti Gürcüstanda yaşayan həmvətənlərini narahat edən məsələləri də qaldırıblar. Mətbuat katibinin sözlərinə görə, bu məsələlər onlara torpaqların ayrılmasına, təhsil məsələlərinə, iki ölkənin gömrük qanunvericiliyinin təkmilləşdirilməsinə və digər məsələlərdən ibarət olub.

E.Poluxovun qeyd etdiyinə görə, bütün 3 görüşdə gürcü tərəfi Azərbaycan hökumətinə və xalqına bu yaxınlarda Gürcüstanın energi təchizatında göstərdiyi yardıma görə təşəkkürünü bildirib. Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə gəldikdə rəsmi Tbilisi bu məsələnin bu ölkənin hökumətinin daimi nəzarəti altında olduğunu bəyan edib.

Xatırladaq ki, Azərbaycan parlamentinin nümayəndə heyəti Corc Marşal Mərkəzi ilə Gürcüstan parlamentinin birgə təşkil etdiyi "Əməkdaşlıq üzrə islahatlar və strategiyalar" mövzusunda beynəlxalq konfransda iştirak etmək məqsədilə Tbilisidədir.

Cənubi Qafqaz və Baltik ölkələrinin parlamentləri üçün nəzərdə tutulan konfransda parlamentin milli təhlükəsizlik siyasəti, silahlı qüvvələr üzərində nəzarət, demokratik islahatlar kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan missiyasının nümayəndələri müzakirə olunan məsələlərlə bağlı çıxışlar edərək öz fikir və təkliflərini bölüşüblər.Bundan əlavə, Gürcüstan parlamentinin sədri Nino Burcanadze, xarici işlər nazirinin müavini və digər rəsmi şəxslərlə görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Azər Əmiraslanov, Siyavuş Novruzov, Azay Quliyev, Elman Məmmədov, Aydın Həsənov, Nazim Məmmədov və Əhəd Əhmədov daxildir. Nümayəndə heyətinin səfəri fevralın 10-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti