...

ADP Müsavat Partiyası ilə bir blokda təmsil olunmayacağını bəyan etdi

Siyasət Materials 6 Fevral 2006 20:36 (UTC +04:00)

Fevralın 6-da Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətnin iclası keçirilib. Bu barədə Trend ə ADP_dən məlumat verilib.

İclasda Azərabycadakı ictimai-siyasi vəziyyət, Müsavat Partiyasının Milli Məclisin işinə qatılmaq və təkrar seçkidə iştirak etmək barədə qərarı, həmçinin ADP-nin təşkilati məsələləri müzakirə edilib. İclas iştirakçıları yeni siyasi situasiyaya uyğun olaraq xalqın etimadını doğruldacaq yeni real güc mərkəzinin yaradılmasının təşəbbüsçüsü kimi çıxış etməyə hazır olduqlarını bildiriblər.

ADP-nin İdarə Heyəti Müsavat Partiyasının son addımı ilə bağlı bəyanat qəbul edib, "Azadlıq" blokundakı müttəfiqlərinin parlamentin işində və təkrar seçkidə iştirakını pisləyib: "ADP hesab edir ki, yaranmaqda olan yeni siyasi situasiyada bizim Müsavatla birlikdə olmaq imkanları qarşı tərəfin hadisələrə fərqli yanaşması üzündən tükənib və bu partiya ilə münasibətlərin bir blok daxilində davam etdirilməsi mümkünsüzdür"-deyə ADP-nin bəyanatında vurğulanır.

Xəbər lenti

Xəbər lenti