...

Polad Bülbüloğlu: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır"

Siyasət Materials 7 Fevral 2006 17:01 (UTC +04:00)

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır". Trend in xəbər verdiyi kimi, bu barədə İTAR-TASS-a Azərbaycann Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib. O, bu məsələnin həllində əlindən gələni edəcəyinə söz verib.

Səfir xatırladıb ki, tezliklə Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşəcək. "Hamı bu görüşdən nəticə gözləyir. Prezidentlərin görüş faktı isə ümid verir. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çoxlu səy göstərmək lazımdır", - deyə P.Bülbüloğlu qeyd edib. Onun sözlərinə görə, hər iki ölkə və xalq arasında normal işgüzar münasibətlər qurmaq üçün mətbuat və televiziya böyük rol oynayır.

Səfir hər iki ölkənin energetika sahəsində əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirir. P.Bülbüloğlunun sözlərinə görə, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri fəal işləyir. "Bizim qarşımızda energetika sahəsində qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar açılır", - deyə diplomat vurğulayıb.

Bununla əlaqədar səfir Rusiyaya BTC boru kəmərindən Aralıq dənizinə çıxış üçün istifadə etməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti