...

Məzahir Pənahov: "Milli Məclis MSK-da 6 nəfərlik yeri boş saxlamaqla düzgün qərar qəbul edib"

Siyasət Materials 10 Fevral 2006 18:42 (UTC +04:00)

Hazırda təkrar seçkidə iştirak edəcək namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsi gedir və MSK çalışır ki, bu prosesdə heç bir problem yaranmasın. Həmçinin namizədlərin təbliğat-təşviqatı mərhələsində də onlar üçün bərabər şərait yaradılacaq". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O, həmçinin qeyd edib ki, hələ tam formalaşmamış MSK-nın indiki tərkiblə fəaliyyətində heç bir problem yoxdur. M.Pənahovun sözlərinə görə, MSK ümumi tərkibin üçdə iki hissəsi ilə də fəaliyyət göstərə bilər və hazırda MSK-ya 18 nəfər üzvdən 12-si seçilib. MSK sədri əlavə edib ki, Milli Məclis 6 nəfərlik yeri boş saxlamaqla düzgün qərar qəbul edib: "Çünki 10 dairə üzrə keçiriləcək təkrar seçkilərdə parlamentdəki tərkib dəyişə, yəni, yeni partiyalar seçilə bilər. Seçki Məcəlləsinin tələblərinə görə də siyasi partiyalar seçki komissiyalarına nümayəndə təqdim etməlidir. MSK-nın tərkibi indi tam formalaşsaydı, təkrar seçkidə qalib gəlmiş partiyaların hüquqları pozulardı. Buna görə də MSK-da 6 nəfər üzvün yeri boş saxlanılmalıdır"-deyə M.Pənahov bildirib.

M.Pənahov müxalifətin MSK-nın hakimiyyətin istədiyi şəkildə formalaşdırması barədə iddialarına da münasibət bildirib və qeyd edib ki, bu ittihamlar yeni deyil. Onun sözlərinə görə, MSK Seçki Məcəlləsinin tələbləri əsasında formalaşdırılıb və bu sənəd qüvvədə olduğu üçün onun qaydaları pozula bilməz.

Xəbər lenti

Xəbər lenti