"Azadlıq" blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar), Azərbaycan Demokrat Partiyası, Milli Birlik Hərəkatı və AMİP liderləri bir araya gələrək blokun gələcək fəaliyyətini müzakirə edib. Bu barədə Trend ə adıçəkilən siyasi blokun təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev bildirib.
O bildirib ki, "Azadlıq" blokunun fəaliyyətini siyasi blok kimi davam etdirməsi qərara alınıb.
"Azadlıq" siyasi blokunun qapıları digər partiyaların üzünə bağlı olacaq.
Ə.Əliyev qeyd edib ki, blokun adının dəyişdirilməsinə ehtiyac yoxdur: "Blok parlament seçkilərindən öncə bu ad altında yaradıldığından adına yalnız siyasi sözünü artırdıq".