...

Lənkəranda "quş qripi" yayılmayıb

Siyasət Materials 15 Fevral 2006 12:46 (UTC +04:00)

Lənkəranda quşların kütləvi ölüm halları və "quş qripi" virusu müşahidə olunmayıb. Trend in xəbər verdiyi kimi, bu barədə xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə Lənkəran şəhər İcra hakimiyyəti yanında yaradılmış komissiyanın iclasında məlumat verilib.

Rayona quş məhsullarının gətirilməsinə nəzarət gücləndirilib, çöl quşlarının ovlanmasına və satışına isə qadağa qoyulub. Profilaktik işlər çərçivəsində rayon Mərkəzi xəstəxanasında 2 xüsusi palata ayrılıb.

İH başçısı Süleyman Mikayılovun sədrliyi ilə keçirilən iclasda regionun İH nümayəndələrinə ev quşlarının qapalı yerdə saxlanılmasına, quşların kəsilmiş halda satışı üzrə müvafiq sertifikatların olmasına nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti