...

Salyan şəhərində ev uçub

Siyasət Materials 15 Fevral 2006 18:13 (UTC +04:00)

Bu gün səhər saatlarında Salyan şəhərinin Ənvər Qasımzadə küçəsindəki Həsənağa Zərgərliyə məxsus 46 saylı ev uzun müddət qurunt suları əhatəsində qaldığından uçub. Çiy kərpicdən tikilmiş ikimərtəbəli 8 otaqdan ibarət olan ev Kür daşqınları nəticəçində 2 ilə yaxın idi ki, qəza vəziyyətinə düşmüşdü.

Uçqun zamanı evdə onun sahibləri ər- arvad olsa da, təsadüf nəticəsində xəsarət alan olmayıb. Hazırda Salyan rayon fövqaladə komissiyası zərərçəkənlərə ilkin texniki yardım gösitərməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti