...

Ümid Partiyasının Rəyasət Heyətinin növbəti toplantısı keçirilib

Siyasət Materials 20 Fevral 2006 17:36 (UTC +04:00)

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə parlamentin yaz sessiyasında son vaxtlar qiymət artımı ilə bağlı məsələni müzakirəyə çıxaracaq. Trend xəbər verir ki, bu fikir Rəyasət Heyətinin növbəti toplantısında partiya sədri tərəfindən səsləndirilib.

Son günlər yaranmış sosial-iqtisadi vəziyyətdən danışan millət vəkili ərzaq məhsullarının qiymətlərinin artmasından və bunun az təminatlı ailələrə təsirindən danışıb.

Rəyasət Heyətinin iclasında Qarabağ probleminin həlli ilə bağlı yaranmış son durum da müzakirə olunub. Partiyanın təşkilatlanma işi ilə bağlı çıxış edən sədrin təşkilati məsələlər üzrə müavini Nəsimi Məmmədli bildirib ki, parlament seçkilərindən sonra onların sırasına 700 nəfər daxil olub. Təşkilatlar üzrə yeni üzvlərin qəbuluna görə Xətai rayonunun öndə olduğu vurğulanıb. Əzizbəyov, Qaradağ, Nərimanov rayon təşkilatlarının bu istiqamətdə işini də uğurlu sayan N.Məmmədli partiyaya qəbul olunan üzvlərin böyük əksəriyyətinin gənclərdən ibarət olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti