...

Parlamentin daimi komissiyası bir sıra dövlətlərarası müqavilələri bəyənib

Siyasət Materials 20 Fevral 2006 21:10 (UTC +04:00)

Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının fevralın 20-də keçirilmiş iclasında bir sıra dövlətlərarası sənədlər bəyənilib. Trend AzTI telekanalına istinadən bildirir ki, Azərbaycan və Latviyə prezidentlərinin birgə bəyanatı təsdiq edilib.

Həmçinin Azərbaycan və Latviya, eləcə də Azərbaycan və Çexiya hökumətləri arasında imzalanmış aşağıdakı sənədlər bəyənilib: ikiqat vergiqoymadan yayınma, əmlak və gəlir vergisindən yayınmanın qarşısının alınması haqqında; investisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında; gömrük məsələlərində qarşılıqlı anlayış haqqında; gömrük məsələlərində qarşılıqlı yardım haqqında konvensiyalar və buna dair protokollar. Həmçinin NMR-də daimi yaşayan vətəndaşların və İİR vətəndaşlarının giriş-çıxış rejiminin sadələşdirilməsi haqqında Azərbaycan-İran hökumətlərarası memorandumu da bəyənilib. Komissiya Azərbaycan hökuməti və Asiya inkişaf bankı arasında bir sıra kredit sazişləri ilə bağlı müsbət münasibət bildirib. Komissiya Milli Məclisin sessiyasında öz iş Planını təsdiq edib.

Sənədlərin bəyənilməsi Azərbaycanın Milli Məclisinin müzakirəsinə çıxarılır.

Xəbər lenti

Xəbər lenti