...

Təkrar seçkidə iştirak edən namizədlərin sayı 138-ə çatıb

Siyasət Materials 21 Fevral 2006 18:22 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkilərində iştirak edən namizədlərin sayı 10 nəfər artaraq 138-ə çatıb. Bu barədə Trend ə Azərbaycanın Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Namizədliyinin irəli sürülməsi təsdiqlənən 136 nəfərdən 23-ü artıq imzatoplama kampaniyasını başa vuraraq imza vərəqələrini təhvil verib. Namizədlərdən 4-ü qeydə alınıb. Bir nəfər isə namizədliyini geri götürüb.

Namizədlərdən 19 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP), 5-i Müsavat, 2-si Kommunist, 2-si Ədalət Partiyasının üzvləridir. Vətəndaş Həmrəyliyi, Xalq Demokrat, Bütöv Azərbaycan Xalq Cəbhəsi, AXCP-"klassiklər", Respublikaçılar, Ümid, Vətəndaş Birliyi, Böyük Azərbaycan, Demokratik Azərbaycan Dünyası partiyalarının hər birindən bir nəfər namizədliyini irəli sürüb. Namizədlərin əksəriyyəti isə bitərəflərdir.

Xəbər lenti

Xəbər lenti