...

Bakıda GUAM-ın milli əlaqələndiricilərinin görüşü keçirilir

Siyasət Materials 23 Fevral 2006 14:07 (UTC +04:00)

Fevralın 23-də Bakıda GUAM-ın milli əlaqələndiricilərinin görüşü başlayıb. Trend in xəbər verdiyi kimi, görüşdə milli əlaqələndiricilər - Gürcüstanın xarici işlər nazirinin müavini Valeri Çeçelaşvili, Ukraynanın xarici işlər nazirinin müavini Andrey Veselyovski, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və Moldovanın xarici işlər nazirinin müavini Boris Kleyev iştirak edir.

GUAM ölkələrinin əlaqələndiriciləri birliyin 2006-cı il üçün işçi planının layihəsini, GUAM bazasında yeni beynəlxalq təşkilatın yaradılması üçün işlənib hazırlanmış əsas sənədləri və 2006-cı ilin 1-ci yarısında keçirilməsi planlaşdırılan GUAM sammitinə hazırlıq işləri ilə bağlı məsələləri nəzərdən keçirəcək.

Milli əlaqələndiricilər, həmçinin, regionda münaqişələrin nizama salınması məqsədilə təşkilat ölkələrinin səylərinin əlaqələndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində birgə təşəbbüslərin dəstəklənməsi ilə bağlı məsələləri də müzakirəyə çıxaracaq.

Xəbər lenti

Xəbər lenti