...

E.Məmmədyarov : GUAM-ın beynəlxalq təşkilat kimi formalaşdırılması üzrə işlər aparılır

Siyasət Materials 23 Fevral 2006 15:04 (UTC +04:00)
E.Məmmədyarov : GUAM-ın beynəlxalq təşkilat kimi formalaşdırılması üzrə işlər aparılır

GUAM-a üzv ölkələr (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatın beynəlxalq qurum kimi formalaşdırılması üzrə işləri davam etdirir. Trend bildirir ki, AR XİN başçısı Elmar Məmmədyarov bu barədə jurnalistlərə bəyan edib.

O, qeyd edib ki, bu ölkələrin XİN başçılarına təşkilatın Kişinyovda keçirilmiş son sammitindən sonra onların prezidentləri belə bir tapşırıq verib. Nazir deyib ki, bizim qarşımızda təşkilatın maliyyələşdirilməsi, Nizamnaməsinin qəbul edilməsi və digər məsələlər dayanır. E.Məmmədyarov qeyd edib ki, hazırda Kiyevdə keçiriləcək sammitdə GUAM-ın genişləndirilməsi imkanları məsələsinə baxılır. Nazir həm də qeyd edib ki, GUAM-a üzv ölkələrin xarici işlər və energetika nazirləri müavinlərinin fevralın 24-25-də Bakıda keçiriləcək iclasında təşkilatın gələcək fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti