...

Xalid Əlimirzəyev "AMAL" Ziyalı Hərəkatının liderliyindən istefa verə bilər

Siyasət Materials 24 Fevral 2006 13:35 (UTC +04:00)

"AMAL" Ziyalı Hərəkatının gələcək fəaliyyəti ilə bağlı təkliflərim qəbul edilməzsə, bu hərəkatın liderliyindən getmək barədə düşünəcəm. Bu barədə Trend ə adıçəkilən hərəkatın lideri, professor Xalid Əlimirzəyev bildirib.

X.Əlimirzəyev qeyd edib ki, o, hərəkatın gələcək fəaliyyətinin müstəqil və tərəfsiz düşüncələr üzərində köklənməsini istəyir: "Biz hadisələrin arxasınca yox, önündə getməliyik". Hərəkatın lideri onu da bildirib ki, qərargahlarının olmaması, maliyyə çətinlikləri də fəaliyyət göstərmələrinə maneə yaradan amillərdəndir.

"Ali Şuranın üzvlərindən Musa Yaqub, Saleh Məmmədov və başqaları Bakıda olmadıqlarından toplantı keçirə bilmirik" - deyən X.Əlimirzəyev yaxın günlərdə toplantı keçirib hərəkatın gələcək fəaliyyəti barədə müzakirələr aparacaqlarını bildirib. Müzakirələr reallıqlar və onun düşüncələri ilə uyğunlaşacaqsa hərəkatın gələcək fəaliyyəti barədə fikirləşməyə dəyəcək.

Qeyd edək ki, bir müddət öncə X.Əlimirzəyev siyasətdən getməsi və Müsavat Partiyası sıralarından çıxması ilə bağlı qərar verib.

Xəbər lenti

Xəbər lenti