...

Azərbaycan hökuməti broyler müəssisələrinə "quş qripi"ndən dəyən ziyanın ödənilməsi üçün kömək etməyə hazırdır

Siyasət Materials 24 Fevral 2006 17:07 (UTC +04:00)

Azərbaycan hökuməti broyler müəssisələrinə "quş qripi" virusu epidemiyasının vurduğu ziyanla bağlı itkilərə görə yardım göstərilməsi imkanlarını nəzərdən keçirir. Trend in məlumatına görə, bu barədə fevralın 24-də Azərbaycan Respublikasında "quş qripi"nin qarşısının alınması üzrə Dövlət Komissiyasının sədri, baş nazirin birinci müavini Abbas Abbasov məlumat verib.

"H5N1 virusu bütün dünyada yayılıb və bütün ölkələr xalqın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görürlər. Bununla əlaqədar, iqtisadi məsələlər arxa plana keçir. Çünki əhalinin sağlamlığından üstün heç nə yoxdur", -deyə A.Abbasov qeyd edib. Dövlət Komissiyasının sədri hesab edir ki, hətta mal dövriyyəsi olmadan broyler müəssisələri istehsalı davam etdirir, quşçuluq fabrikləri yem tələb edir, müəssisələr elektrik enerjisindən, qazdan istifadə edir və digər xərclər həyata keçirilir. "Ona görə də onlara necə yardım etməyi düşünürük", - deyə A.Abbasov bildirib.

O, KİV-də "Səfalı" MMC-də 40 min toyuğun məhv olması barədə yayılan informasiyanı təsdiqləməyib.

Xəbər lenti

Xəbər lenti